“Belə qərar qəbul olunsa, bizim üçün pis olacaq” – Müsahibə

“Sabah”ın futbolçusu Mario Marinanın Komanda.az saytına müsahibəsi:

  • Mario, karantin vəziyyətində nə edirsiz, günləriniz necə keçir?
  • Vaxtımın çoxunu filmlərə və seriallara baxaraq keçirirəm. Və fitness məşqçimizin bizə verdiyi tapşırıqları edirəm.
  • Artıq üç həftədən çoxdur ki, futbolsuz qalmısız, çətin deyil?
  • Əlbəttə, çətindir. Ancaq bu vəziyyətdə bizə deyilənlərə qulaq asmalı, onları etməliyik.
  • Mövsümün bərpa olunmaması ehtimalı var. Belə qərar çıxsa, reaksiyanız necə olacaq?
  • Verilən qərara hörmətlə yanaşacam.
  • Avropanın bəzi klublarında futbolçular məvaciblərinin azaldılmasına razı olur, bəziləri də vəziyyətlə bağlı olan qeyri-müəyyənliyə görə maaşlarının azaldılmasını istəmir. Siz necə düşünürsüz?
  • Bu, çox şəxsidir və bu haqda danışmaq çətindir. Futbolçularla klub arasında olan normal müzakirələrdən sonra verilən qərarlarda problem olmamalıdır.
  • Mövsüm bərpa olunacağı halda, formanızı yığmaq çətin olmayacaq ki?
  • O qədər də çətin olmaz. Bəlkə, bir neçə həftə lazım oldu.
  • Premyer Liqada mövsüm bitirilsə, çempionatı 6-cı yerdə tamamlayacaqsız. Bununla razılaşacaqsız?
  • Dördüncü sırada olan – hansı ki, bu komanda Avropaya gedə bilər – onunla aramızda 2 xal fərq var. Belə qərar qəbul olunsa, bizim üçün pis olacaq.
  • Artıq 4 aydır ki, Azərbaycandasız. Ölkəmiz haqda təəssüratlarınız necədir?
  • Hazırda təəssüratlarım çox yaxşıdır. Bakı gözəl şəhərdir və yaşamaq üçün əla yerdir.
  • Uzun illər Xorvatiyada top qovmusuz. İki ölkə futbolu arasında hansı fərqlər var?
  • Ən böyük fərq taktika baxımındandır.
  • “Sabah” Xorvatiyanın yüksək liqasında hansı yer uğrunda mübarizə aparardı?
  • Düşündürücü sualdır. Məncə, elə buradakı kimi olardı.
  • Xorvatiyada koronavirusa yoluxanların və ölənlərin sayı Azərbaycanla nisbətdə çoxdur. Orda vəziyyət necədir?
  • Xorvatiyada vəziyyət çox ölkədən yaxşıdır. Hökumət fantastik iş görür.
  • Ordakı qohumlarınızla əlaqə saxlayırsızmı?
  • Bəli, danışıram. Onlarla hər gün əlaqə saxlayıram. Sağlamdırlar və ümid edirəm ki, belə də qalacaqlar.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button