“Sabah”ın legioneri vətənində turnir keçirəcək
“Sabah”ın futbolçusu Hendrik Ekşteyn vətəni Cənubi Afrika Respbulikasında (CAR) futbol turniri keçirəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşadək futbolçular arasında keçiriləcək yarış 24-30 dekabr tarixlərində olacaq. Turnirin qalibinə pul mükafatı veriləcək.
Ekşteynin CAR-a gedərək, turnirin açılış mərasimində iştirak edəcəyi bildirilir.
Ekşteyn bu yay “Sabah”la 2 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin