“Sabah”ın futbolçusu koronavirusdan sağaldı
“Sabah” klubunun futbolçusu Amadu Diallo koronavirusdan sağalıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, 26 yaşlı fransalının koronavirus testinin nəticəsinin neqativ çıxdığını bildirib.
“Sabah”ın bütün heyəti Premyer Liqanın 23-cü turunun “Keşlə” ilə matçından əvvəl koronavirus testi verib və nəticələrin hamısı neqativ olub.
Sabah keçiriləcək “Keşlə” – “Sabah” matçı saat 18:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin