Ermənidən Azərbaycan millisinin futbolçusuna təbrik: “Təşəkkür edirəm, qardaşım” FOTO

Aleksey İsayev futbol üzrə Azərbaycan milli komandasının heyətində debüt edib.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçında ilk dəfə Azərbaycan yığmasının formasını geyinib. İsayev, 84-cü dəqiqədə Emin Mahmudovun əvəzinə meydana daxil olub.

Millidə debüt edən Alekseyi dostları “instagram”da təbrik ediblər. Debütantı təbrik edənlər arasında “erik_avetyan” adlı erməni “instagram” istifadəçisi də olub ki, Alekseyin onun təbrikinə “təşəkkür edirəm, qardaşım” deyə, cavab yazması, sosial şəbəkədə narazılıqla qarşılaşıb. Aleksey narazılıqlardan sonra həmin paylaşımı silib.

Portuqaliya Azərbaycanı 1:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button