“Sabah”ın futbolçusu 200-cü oyununa çıxıb

“Sabah”ın futbolçusu Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 13-cü turuna təsadüf edib.

O, “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.

Premyer Liqada 2015/2016 mövsümündə debüt edən Mütəllimov 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button