“Sabah”ın futbolçusu əməliyyat olundu
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.
Komanda.az Masazır klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.
Ayaz Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin