“Dinamo” ilə matça çıxıb, məhsuldar ötürmə etdi – “Sabah”ın futbolçusu

“Sabah”ın Futbol Akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirirlər.

Komanda.az xəbər verir ki, Həmzəalı Mikayılov “Dinamo”nun U-17 komandasının heyətində növbəti oyununu keçirib. O, “NK Zaqreb” klubunun U-19 komandası ilə yoxlama matçında (5:1) şans qazanıb. Mikayılov bu matçda bir məhsuldar ötürmə edib.

Azərbaycanın U-17 və U-19 komandalarının üzvü olan Həmzəalı və Xəyal “Sabah” və “Dinamo” klubları arasında 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button