“Sabah”ın futbol akademiyasında uşaq hüquqları ilə bağlı təlim

“Sabah” Futbol Akademiyasının U-11 və U-12 komandasının futbolçularına “Uşaqların hüquq və maraqlarının qorunması” mövzusunda maarifləndirici seminar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Əlibaba Əliyev tərəfindən keçirilən təlimdə azyaşlılara uşaqların hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib, onlar üçün maraqlı olan suallar cavablandırılıb. Daha sonra uşaqların mözvu ilə bağlı məlumatlarının möhkəmləndirilməsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

Gələcəkdə bu cür maarifləndirici seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button