“Sabah”ın etirazına səbəb olan epizodlar – Video

“Sabah”ın Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” ilə səfər oyununda hakim idarəçiliyindən narazı qaldığı, bununla bağlı AFFA İntizam Komitəsinə müraciət etməsi barədə məlumat vermişdik.

Premyer Liqanın debütantı, Kərim və Coşqun Diniyevə haqsız verildiyini düşündüyü sarı vərəqənin ləğv edilməsi ilə bağlı AFFA İntizam Komitəsinə müraciət edib.

Kərim Diniyev görüşün 90+1-ci dəqiqəsində, topu meydandan kənara vurduqdan sonra matçın baş hakimi Rauf Cabbarov tərəfindən oyunun vaxtını uzatdığına görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

Əsas mübahisə doğuran məqam matçın 67-ci dəqiqəsində yaşanıb. Belə ki, “Sabah”ın yarımmüdafiəçisi Coşqun Diniyev rəqibin cərimə meydançasında yerdə qalsa da, baş hakim Rauf Cabbarovun fiti susub. Epizodun təkrarında isə debütantın futbolçusuna qarşı aşkar kobudluq edildiyi aydın görünür.

Komanda.az həmin anın videogörüntüsünü təqdim edir:

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button