“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümü çempion kimi başa vurub. Liqanın həlledici oyununda “Neftçi”ni 2:0 hesabıyla məğlub edən Savalan Əlizadənin yetirmələri qızıl medallara sahib çıxıblar. Binə qəsəbə stadionunda keçirilən matçda qollara Ülvi Əlizadə və Firdovsi Şeydayev imza atıblar.
Son mövsümdə “Sabah”ın akademiyasının U-17 komandası qızıl, U-14 komandası isə gümüş medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin