“Sabah”ın baş məşqçisini küləyə bənzətdilər
Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyev “Sabah”ın baş məşqçisi Vasili Berezutski haqda danışıb.
Komanda.az xəbər verir ki, Rusiyada yayımlanan “Şou Voli” verilişinə qonaq olan təcrübəli qolkiper “Sabah”ın çalışdırıcı barədə belə deyib:
“Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidir. Vasya “külək”dir. O, bu yaxınlarda müsahibə verərək, Çində özünü yaxşı hiss etdiyini deyirdi. İki gündən sonra isə Azərbaycan klubuna keçdi, baş məşqçi təyin edildi (gülür)”.
Berezutski ötən ilin noyabrından “Sabah”a rəhbərlik edir. Tərəflər arasında 2,5 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin