“Təbii ki, bu, bizim üçün sevindirici xəbər olmadı” – Jelko Sopiç
“Sabah”ın baş məşqçisi Jelko Sopiç koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasında mövsümün dayandırılması qərarına münasibətini bildirib.
Komanda.az saytına açıqlama verən xorvatiyalı mütəxəssis, bunları deyib:
“Bu barədə nə deyə bilərəm ki? Bu, AFFA-nın qərarıdır və ölkədəki hazırkı vəziyyətlə bağlıdır. Təbii ki, bu bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsümə mümkün qədər tez başlanması barədə qərar verilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin