“Sabah”ın baş məşqçisi üçün Azərbaycana gəldi

Rusiyanın “Şinnik” klubunun rəsmisi “Sabah”ın baş məşqçisi Murad Musayevlə görüşmək üçün Azərbaycana gəlib.

Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, klubun idman koordinatoru Aleksandr Pobeqalov 40 yaşlı mütəxəssislə danışıq aparacaq.

“Şinnik” rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz Murad Musayevi gətirməyi planlaşdırır.

Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.

Murad Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button