
“Sabah”ın baş məşqçisi Şahdağda futbol meydançası tapdı – FOTO
“Sabah”ının baş məşqçisi Valdas Dambrauskas Premyer Liqadakı fasilədən istifadə edərək həyat yoldaşı ilə birlikdə Azərbaycanın bölgələrinə səyahət edib.
Komanda.az xəbər verir ki, litvalı mütəxəssis bu haqda “instaqram” hesabında yazıb:
“Şahdağ dağlarında necə də gözəl bir gün! Gəzinti və möhtəşəm mənzərələrdən zövq almaq… Bu cür yerlərdə futbol qapıları görməyi gözləməzsiz. Onlara çatmaq praktiki olaraq mümkün deyil və bəli, onlar oradadır! Təxminən 2000 metr hündürlükdə. Bu idman növünün, futbolun nə qədər güclü olduğuna və bütün dünyada insanlar üçün nə qədər vacib olduğuna heyran qalmağımdan heç vaxt əl çəkmirəm! Bu oyuna xidmət etdiyim üçün xoşbəxtəm…”

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



