“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini qəbul etməyib

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Şinnik” klubunun təklifini qəbul etməyib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaroslavl təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.

Birinci liqa komandasına bundan sonra Dmitri Çerışev rəhbərlik edəcək. 54 yaşlı mütəxəssislə daha bir il uzatmaq bəndi ilə 6 aylıq müqavilə imzalanıb.

“Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalov bir neçə gün əvvəl Murad Musayevlə danışıq aparmaq üçün Azərbaycana gəlmişdi.

40 yaşlı baş məşqçinin “Sabah”la müqavilə müddəti cari mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button