“O, mənim üçün meydanda ölməyə hazır olduğunu demişdi” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Rubin” klubunda çıxış edən İvan İqnatevlə bağlı fikirlərini söyləyib.

Komanda.az xəbər verir ki, “Matç” TV telekanalına danışan Musayev, 23 yaşlı hücumçu ilə yaxşı əlaqələrinin olduğunu deyib:

“İvanla maraqlı hekayələrimiz olub. O, yaxşı insan və yaxşı idmançıdır. Bir dəfə onunla çox ciddi danışmışam. İvan həyatda təkdir, anası və atası yoxdur. Onunla həm uşaq, həm böyük kimi danışmışam. O, hörmətin nə olduğunu yaxşı bilir. İqnatev mənim üçün meydanda ölməyə hazır olduğunu demişdi. Düzdür, o, bizi qoyub getmişdi. Özü yaxşıdır, amma ətrafını heç vaxt bəyənməmişəm”.

Musayev İqnatevlə “Krasnodar” klubunda birgə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button