“Sabah”ın baş məşqçisi komandasının üzvü haqda: “Dünyanın ən güclü qapıçısıdır”

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstanın yutub kanalı olan “BorodAbata”ya müsahibə verib.

Komanda.az xəbər verir ki, müsahibə vaxtı “Sabah”ın baş məşqçisi Vasili Berezutski də qazaxıstanlı qolkiper haqda fikirlərini bildirib. Rusiyalı mütəxəssis Pokatilovu dünyanın ən güclü qapıçısı adlandırıb:

“Stas Pokatilov dünyanın ən güclü qapıçısıdır. O, Qazaxıstanın tarixi ərzində ən yaxşı futbolçusudur. Əla oğlandır. Ona böyük hörmətim var”.

Qazaxıstan millisinin qolkiperi bu ilin yanvar ayında “Tobol”dan “Sabah”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button