
“Sabah”ın baş məşqçisi: “Bu oyundan çox böyük dərs çıxarmalıyıq”
“Sabah” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında bu gün Sloveniyanın “Çelye” komandasını qəbul edib.
Komanda.az xəbər verir ki, 2:3 hesabı ilə məğlub olan Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis bu oyundan böyük bir dərs çıxaracaqlarını bildirib:
“Çelye”ni qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Stadiona gələn azarkeşlərə yaratdıqları atmosferə görə çox böyük təşəkkür edirəm. Əfsuslar olsun ki, evimizdə, ilk oyunda məğlub olduq. Bu futboldur, bəzən belə hallar olur. Ancaq biz bu oyundan çox böyük dərs çıxarmalıyıq. Bu gün biz çox yaxşı çıxış etdik. Rəqibi yaxşı təhlil edə bilməmişdik. Bu oyuna qədər bir yoxlama matçı keçirmişdilər.
Biz bildik ki, hər iki komanda çox yaxşı hazırlaşıb. Bilirdik “Çelye” cinahlardan “asmalar”la hücuma keçəcək. Biz də bunların qarşısını almağa çalışırdıq. Müəyyən müsbət məqamlar da var idi. Rəqibin cərimə meydançasında yaxşı oyun nümayiş etdirdik. Təəssüf ki, son nöqtəni qoya bilmədik.
Biz bilirdik ki, rəqib əks-hücumda çox yaxşıdır, müdafiə oyunçuları çox qabağa çıxır. Biz də onların arxasına şığımağa çalışırdıq. Bu da bizdə yaxşı alınırdı. Ancaq son zərbələrdə dəqiqlik çatışmırdı.
İkinci hissədə oyun bəzən bizim, bəzən də onların nəzarətində keçirdi. Mən oyunçularıma bir söz deyə bilmərəm. Onlar bu oyunda vuruşdular, canlarını qoydular. Amma bəzi tələskənlik xeyrimizə olmadı.
Mən onu deyə bilərəm ki, biz bu gün döyüşü uduzduq, müharibəni uduzmadıq. Futbolçularıma inanıram və sizə söz verə bilərəm ki, Sloveniyaya inamlı gedəcəyik, orada nəticəni öz xeyrimizə çevirmək üçün əlimizdən gələni edəcəyik.
Bu suala cavab vermək çətindir. Bunu oyunçulardan soruşmaq lazımdır. Biz ev komandasıyıq. “Çelye” ikinci formasını gətirməli idi. Bu cür oxşarlığı nəinki beynəlxalq yarışlarda, heç adi müsbiqə oyunlarında belə görə bilmirik.
Ən yaxşı hücum oynatmaq istəyən məşqçi belə olsa, rəqibə də diqqət yetirmək lazımdır. Rəqib yaxşı top saxlayırsa, hücumlara çıxırsa ona uyğun futbol oynamalıyıq. Hücum futbolu anlayışına da fərqli yanaşmaq lazımdır. Bu gün baxsaq dominant olan tərəf biz idik. Daha çox top saxlayırdıq, hücumlara çıxırdıq.
Çox qol fürsətlərimiz oldu, yararlana bilmədik. İlk hissədən sonra oyunçularda yorğunluq hiss olunurdu. Mən sizi yenə də inandırıram ki, şansları bərabər görürəm, komandamın potensialına güvənirəm“.
Tərəflər arasında cavab matçı iyulun 17-də, saat 22:00-da Sloveniyada start götürəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin