
“Sabah”ın Bakıdakı 3 həftəsi
“Sabah” klubunun yay hazırlığının ikinci mərhələsini harda keçirəcəyi hələ məlum deyil.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Klub rəsmisinin dediyinə görə, “Sabah” növbəti mövsümün hazırlığına iyunun 26-da başlayacaq:
“Üç həftə burda hazırlıq keçib, sonra ölkə xaricinə yollanacağıq. Ölkə xaricində hazırlığı harada keçirəcəyimiz hələ bəlli deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin