“Sabah”ın azarkeş mağazasının açılış mərasimi oldu – FOTO

Bu gün “Sabah” klubunun İçərişəhərdə yerləşən azarkeş mağazasının açılış mərasimi baş tutub.

Komanda.az xəbər verir ki, tədbir klubun əməkdaşlıq etdiyi sponsorlarından olan “Costa Coffee”də baş tutub. Açılış mərasimində klub rəsmiləri, media nümayəndələri və qonaqlar iştirak ediblər.

“Costa Coffee”nin baş direktoru Emin Sultanov, “Sabah”ın icraçı direktoru Pərvin Piriyev qonaqları salamlayıb, tədbirlə bağlı fikirlərini bölüşüblər.

Masazır təmsilçisinin azarkeşləri fan-şopda klubun futbol və basketbol komandalarına məxsus formaları, müxtəlif aksesuarları əldə edə bilərlər.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button