“Sabah”ın Avroliqadakı rəqibi yeni futbolçu transfer etdi

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Çelye” (Sloveniya) heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sözügedən komanda “Dinamo”nun (Zaqreb, Xorvatiya) 23 yaşlı futbolçusu İvitsa Vidoviçlə razılığa gəlib. Xorvatiyalı yarımmüdafiəçi 2025/2026 mövsümünün sonuna qədər Sloveniya klubunun heyətində çıxış edəcək.

“Sabah” “Çelye”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button