Qazaxıstan kubokunun qalibi “Sabah”a rəqib oldu
“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.
Komanda.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv növbəti yoxlama oyununda “Kaysar”la üz-üzə gələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qazaxıstan təmsilçisi ilə görüş yanvarın 19-da keçiriləcək.
“Kaysar” son mövsümdə Qazaxıstan Premyer Liqasında 6-cı yeri tutub və ölkə kubokunun qalibi olub.
“Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də isə Rumıniyanın “Akademika Klinçeni” klubuyla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin