“Sabah”ın 9 futbolçusu Azərbaycan millisinə çağırılıb
“Sabah”ın 9 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara çağırılıb.
Komanda.az xəbər verir ki, Serbiyada təşkil olunacaq matçlar üçün U-17-nin ilkin heyətinə ümumilikdə 24 oyunçu dəvət edilib.
Yığma seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bundan sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.
U-17-nin heyəti: Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Elton Babazadə, Hikmət Cəbrayilzadə, Amid Qasımov, Həbib Qədimov (hamısı “Qarabağ”), Əli Nəbizadə, Röyal Fərzullazadə (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Məsud Əlişanlı (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).
Yığmanın oyunlarının təqvimi
21 oktyabr
19:00. Serbiya – Azərbaycan
24 oktyabr
14:00. Sloveniya – Azərbaycan
27 oktyabr
16:00. Azərbaycan – Lüksemburq
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Bizi Facebook-da izləyin