“Sabah”ın əvəzedicilərindən “Keşlə” üzərində inamlı qələbə
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 14-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, günün yeganə matçı “Sabah” və “Keşlə”nin əvəzediciləri arasında baş tutub.
Binə qəsəbə stadionunda keçirilən oyunda qapılara dörd qol vurulub. “Sabah”ın ikinci komandası bu oyundan inamlı qələbə ilə ayrılıb.
Birinci divizion, 14-cü turun oyunu
28 aprel
Sabah-2 – Keşlə-2 3:1
Qol: Camal Cəfərov, 21; 37. Kamran Quliyev, 65 – Emin Quliyev, 43.
Hakimlər: Namiq Bəkirov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov.
Binə qəsəbə stadionu, 16:00.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin