“Sabah”dan “Qızlar sabahımızdır!” adlı tədbir – VİDEO
“Sabah” – “Qəbələ” oyunundan öncə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Komanda.az xəbər verir ki, “Sabah” FK və “Azərlotereya”nın təşəbbüsü ilə baş tutan oyunöncəsi tədbirdə futbolçular meydana azyaşlı qızlarla birlikdə çıxıblar.
Qızlar üzərində “Qızlar sabahımızdır” yazılı köynəkdə olublar. Daha sonra hər iki komandanın üzvləri və oyunun hakimlər briqadası tribunada əyləşmiş “Sabah”ın qızlardan ibarət U-17 komandasının üzvlərinə və digər xanımlara güllər təqdim ediblər.
Stadionda diktor tərəfindən xanımlar üçün təbrik səsləndirilib:
“Əziz xanımlar, hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Siz dünənimiz, bu günümüz və sabahımızsınız”.
Bundan əlavə, stadionda azarkeşlər “Qızlar sabahımızdır” yazılı banner açıb, həmçinin arenanın hesab tablosunda müvafiq şüar yer almış poster nümayiş etdirilib.
Tədbirin həyata keçirilməsində məqsəd, xanımların önəminə diqqət çəkmək, həmçinin onların nə qədər dəyərli olduqlarını nümayiş etdirməkdən ibarətdir.
Bizi Facebook-da izləyin