“Sabah”dan milli üzvü ilə yeni müqavilə
“Sabah” klubu futbolçusu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.
Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.
“Sabah” buna qədər Boyan Letiç, Aleksey İsayev və Elvin Camalovla da müqaviləni yeniləyib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin