“Sabah”dan “Makkabi” ilə oyunu canlı izləmək istəyən azarkeşlərinə jest

“Sabah” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə keçirəcəkləri matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaq.

Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycan Respublikasının Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək.

Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

“Makkabi” – “Sabah” matçı iyulun 25-də, Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda yerli vaxtla saat 19:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button