Futbolçulara danışmamaq tövsiyə olundu – koronavirusa görə
Sabahdan Cənubi Koreyanın futbol çempionatında yeni mövsümə start veriləcək.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, daha əvvəl K Liqanın başlaması fevralın 29-na nəzərdə tutulsa da, koronavirusa görə mövsümün startı təxirə salınmışdı.
Artıq mayın 8-dən K Liqada yeni mövsümə start veriləcək. Liqa rəhbərliyi koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədiylə bir sıra qərarlar qəbul edib.
Belə ki, futbolçulara oyun zamanı tüpürmək və əllə görüşmək qadağan edilib. Bununla yanaşı, həm də futbolçuların meydanda danışmaması tövsiyə olunub. Məşqçilər və işçilər maska və əlcəkdən istifadə edəcəklər.
Cənubi Koreyada yeni mövsümün açılış oyunu – “Jeonbuk” – “Suvon Bluevinqs” arasında olacaq. Sabah keçiriləcək matç azarkeşsiz oynanılacaq.
Bizi Facebook-da izləyin