“Sabah”dan bombardiri ilə yeni müqavilə
“Sabah” yarımmüdafiəçisi Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti artırılıb.
Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin