“Sabah”dan ayrıldı, ölkəsinə qayıtdı

Qış transfer pəncərəsində “Sabah”dan ayrılan Aleksandr Neçayev karyerasını ölkəsi Belarusda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı qapıçı “Minsk” klubu ilə sözləşmə imzalayıb.

Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Belarusun gənclər millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzaladığını bildirib.

“Sabah”a 2022-ci ilin yanvarında “Rux”dan keçən Aleksandr Neçayev 2022/23 mövsümünün ilk yarısında heç bir oyuna çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button