“Sabah”dan ayrılan futbolçu rəsmən Səudiyyə Ərəbistanı klubunda

“Sabah”dan ayrılan Coy-Lens Mikels Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”la müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Harmah təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumatda bildirilib ki, almanyalı futbolçunun imzalanma mərasimində klubun idarə heyətinin sədri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin iştirak edib. 29 yaşlı hücumçunun müqavilə müddəti barədə heç bir məlumat verilməyib.

2021-ci ildən “Sabah”da çıxış edən Coy-Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button