“Sabah”dan ayrılan futbolçu rəsmən Qazaxıstan klubunda

“Sabah”dan ayrılan qapıçı Saşa Stamenkoviçin yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Qazaxıstanın “Aktobe” klubunda davam etdirəcək. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 37 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Saşa 2016/2017 mövsümündə Qazaxıstanın “Okjetpes” klubunda çıxış edib. 2018-ci ildən “Sabah”da oynayan futbolçunun ötən ilin dekabrında öz istəyi ilə müqaviləsi ləğv edilib.

Qazaxıstanda yeni mövsümə martın 5-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button