“Sabah”dan ayrılan futbolçu Portuqaliya klubunda
“Sabah” klubundan ayrılan futbolçu Abdulaye Banın yeni komandası məlum olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Seneqallı oyunçu “Tondela” ilə anlaşıb. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Abdulaye Ba 2022/2023 mövsümündə “Sabah”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin