“Sabah”dan ayrılan futbolçu Albaniya klubunda
Ötən mövsümün sonunda “Sabah”dan ayrılan Filip İvanoviçin yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını Albaniyada davam etdirəcək.
O, bu ölkənin yüksək liqa təmsilçisi “Teuta” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2018-2020-ci illərdə “Sabah”da çıxış edən İvanoviç 38 oyuna 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin