“Sabah”dan AFFA-ya şikayət dolu məktub

“Sabah” AFFA-ya və Hakimlər Komitəsinə şikayət ünvanlayıb.

Klubdan komanda.az-a verilən məlumata görə, buna Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilmiş “Keşlə” – “Sabah” matçındakı hakim səhvləri səbəb olub.

Məktubda hakim idarəçiliyi, xüsusilə, 87-ci dəqiqədə verilməyən penalti qabardılıb. Həmçinin əvvəlki oyunlarda da bu komandanın əleyhinə qərarların verildiyi qeyd edilib.

Xatırladaq ki, “Keşlə”nin 2:0 hesabıyla qalib gəldiyi bu oyundan sonra “Sabah”ın baş məşqçisi Ramin Quliyev baş hakim Rəşad Əhmədovu qərəzli idarəçilikdə ittiham etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button