“Sabah”dan 50-ci qol, 30-cü “sülh”
Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah” “Qarabağ”ın qonağı olub (1:1).
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həmin matç paytaxt təmsilçisi üçün əlamətdar olub. Belə ki, onlar cari mövsüm 50-ci qolu vurublar. Yubiley qolunun müəllifi Bəxtiyar Həsənalızadə olub.
“Sabah” tarixində ilk dəfə bir mövsüm ərzində “100”ü yarılayıb. Onlar bunu bacaran 17-ci komanda olub. 1992-ci ildən keçirilən yarışın tarixində buna qədər 16 klub bir mövsümdə 50 və ya daha çox qol vura bilib.
“Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
“Azersun Arena”da qeydə alınan “sülh” paytaxt klubunun Premyer Liqada 30-cu heç-heçəsi olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.
Bizi Facebook-da izləyin