“Sabah”dakı karyeram legioner həyatımın ən yaxşı dövrü idi”
“Sabah” və “Qəbələ”nin sabiq müdafiəçisi Zurab Oçiqava “bayquşlar”ın heyətində keçirdiyi dönəmi yada salıb.
Komanda.az xəbər verir ki, “sport.ua” portalına danışan gürcüəsilli ukraynalı legioner həyatındakı ən yaxşı dönəminin “Sabah”da keçdiyini deyib:
“Sabah”dakı karyeram şübhəsiz ki, legioner həyatımın ən yaxşı dövrü idi. Bu klub mənə çox şey verdi, buna görə çox minnətdaram.
Hansı futbolçularla əlaqə saxlayıram? Bakı təcrübəsi mənə Kulaç və Nureyevlə yaxşı münasibət bəxş etdi”.
Oçiqava 2021-2023-cü illərdə “Sabah”ın formasını geyinib. Ötən mövsüm isə müdafiəçi “Qəbələ”nin uğurları üçün çalışıb. O, karyerası ərzində “İlyiçevets”, “Dinamo”(Kiyev), “Olimpik” (Donetks), “Dnipro-1”, “Vorskla”, “Levadiya” komandalarının futbolçusu olub. Oçiqava hazırda ABŞ-da məşqçilik edir.
Bizi Facebook-da izləyin