
“Sabah”da yeni müqavilə
“Sabah” Şakir Seyidovla müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Şakir Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 20 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).
Şakir Seyidovun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin