“Sabah”da yeni futbolçu – Rəsmi

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi Boyan Letiçlə mövsümün sonuna kimi müqavilə bağlanıb.

29 yaşlı futbolçu karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button