
“Sabah”da uşaq hüquqları mövzusunda seminar keçirilib
“Sabah” Futbol Akademiyasında uşaq hüquqlarının və maraqlarının qorunması mövzusunda seminar keçirilib.
Komanda.az xəbər verir ki, seminarda akademiyanın U-12 və U-13 komandasının futbolçu və məşqçi heyəti, həmçinin akademiyamızın koordinatoru Georgi Minaşvili, “Sabah”ın əsas komandasının və Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov və psixoloq Nərgiz Məmmədova iştirak ediblər.
Psixoloq Nərgiz Məmmədova seminar iştirakçılarına uşaq hüquqları ilə bağlı ətraflı məlumat verib, azyaşlıların mövzunu daha yaxşı anlamaları məqsədilə onlar üçün müxtəlif əyləncəli tapşırıqların olduğu oyunlar təşkil edib.
Akademiyanın koordinatoru Minaşvili və “Sabah”ın futbolçusu Daşdəmirov da çıxış edərək, azyaşlı futbolçulara öz məsləhətlərini veriblər. Tədbirin sonunda Rəhman azyaşlı futbolçularla meydançada vaxt keçirib, onların suallarını cavablandırıb.
Bizi Facebook-da izləyin



