“Sabah”da ukraynalı hücumçu
Ölkəmizi FİBA Çempionlar Liqasnda təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, klub Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son mövsümü Vrotslav təmsilçisi “Slask”ın heyətində Polşa liqasının bürünc medalını qazanan 24 yaşlı basketbolçu 22 oyun keçirib. Voynaloviç 205 sm boya malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin