“Sabah”da rekord təkrarlandı
Coy-Lens Mikels “Sabah”ın rekordunu təkrarlayıb.
Komanda.az xəbər verir ki, o, klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu adına şərik çıxıb.
Mikels cari çempionatda 8 dəfə fərqlənib. O, buna “Sumqayıt”la matçda nail olub. Hesabında 7 qol olan legioner futbolçu komandasının 3:0 hesablı qələbəsinə töhfə verərək 8-ə çatıb.
“Sabah”ın heyətində bir mövsümdə ən çox qol vuran oyunçu Marko Deviç idi. Ukrayna vətəndaşı olan serb futbolçu 2018/19 mövsümündə 8 dəfə rəqib qapısına yol tapmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin