“Sabah”da növbəti ayrılıq

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ələskərov 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisinin heyətində 83 oyun (7 qol) keçirib.

30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button