“Sabah”da istirahət günü
“Sabah” növbəti mövsümə hazırlığı davam etdirir.
Komanda.az xəbər verir ki, dünən Türkiyə toplanışı çərçivəsində Sapancada Qətərin “Əl-Şahaniyə” klubuyla üz-üzə gələn komanda matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.
Bu gün isə “Sabah”ın düşərgəsində istirahət günü idi. Səhər saatlarında bərpa keçən futbolçular, təlim-məşq toplanışının yorğunluğunu çıxarıblar. Axşam saatlarında isə futbolçular üçün barbekü təşkil edilib. Klubun rəhbər, məşqçi, texniki heyəti və futbolçular açıq havada yemək süfrəsi arxasında vaxt keçirib, maraqlı, xoş söhbətlər ediblər.
Komanda avqustun 3-də məşqləri bərpa edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin