“Sabah”da ilk ayrılıq rəsmiləşdi
“Sabah” futbolçusu Hendrik Ekşteynlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu bu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin