“Sabah”da daha bir ayrılıq

“Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi.

“Sabah” daha əvvəl Şpiro Periçiç və Slavik Alxasovla da yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button