“Sabah”da braziliyalı hücumçu – rəsmi
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.
27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Dəmirspor” (2020/21) klublarında çıxış edib. Lukasın son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin