“Sabah”ın zədəliləri nə vaxt qayıdacaq?
“Sabah”da bir müddətdir ki, zədəli olan Kevin Kubemba və Ruslan Abışovun son durumu məlum olub.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, Kevinin tam sağalması üçün vaxt lazım olduğunu bildirib:
“Kevində sınıq olduğu üçün tam sağalması bir qədər vaxt aparır. Yaxın günlərdə yenidən tibbi müayinədən keçəcək. Ruslan isə hazırda fərdi məşqlər edir. O, 7-10 gün ərzində komandayla məşqlərə başlayacaq”.
Kubemba mövsümün əvvəlində – Türkiyədəki yay toplanışında zədələnmişdi. Ruslan isə Premyer Liqanın 9-cu turunun “Zirə” ilə matçında (2:2) sıradan çıxmışdı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin