“Sabah”da baş məşqçinin köməkçilərindən ikisi müəyyənləşib
“Sabah”ın rusiyalı yeni baş məşqçisi Vasili Berezutskinin köməkçilərindən ikisi məlum olub.
Komanda.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “Sabah”ın məşqçilər heyətində Dmitri Smirnov və Aleksandr Naqornı yer alacaq.
“Sabah” Rusiya millisinin sabiq müdafiəçisi Vasili Berezutski ilə noyabrın 25-də 2,5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin