
“Sabah”ın legioneri “Sumqayıt”la oyunu buraxa bilər
“Sabah”ın Azərbaycan Premyer Liqasının 1-ci turunun “Səbail”lə matçında zədələnən müdafiəçisi Zurab Oçiqavanın son durumu məlum olub.
Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, ayağı əzilən 26 yaşlı futbolçu bir həftə sonra məşqlərə başlayacaq. Oçiqava böyük ehtimalla, Premyer Liqanın 2-ci turunun “Sumqayıt”la səfər matçını buraxacaq.
“Sumqayıt” – “Sabah” matçı avqustun 21-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin